Melonidən Zelenskiyə sərt reaksiya: Artıq bəsdir

29.11.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliyanın Baş naziri Corcia Meloni Kiyevin Liviya sahillərində Rusiya gəmilərinə qarşı keçirdiyi əməliyyat barədə müttəfiqlərə əvvəlcədən xəbərdarlıq etməməsinə sərt narazılığını bildirib və müharibənin Aralıq dənizinə yayılması təhlükəsi barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, "Corriere della Sera" nəşrinin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı C.Meloni məlumat verilməməsinə kəskin reaksiya göstərərək "artıq bəsdir" deyib.
 

Qeyd edək ki, KİV-in yaydığı məlumatlara əsasən, Ukraynanın dəniz dronları Liviyanın Benqazi limanı yaxınlığında Rusiya gəmilərinə hücum edərək "Merkuri" korvetini batırıb, "MV Angara" yük gəmisini isə zədələyib.


Zelenski əvvəlcə bu cür zərbələrin tərəfdaşlarla koordinasiya edildiyini desə də, İtaliyanın xarici işlər naziri Antonio Tayani bunu təkzib edib.
Daha sonra Ukrayna lideri Liviya əməliyyatının avropalı tərəfdaşlarla məsləhətləşmədən keçirildiyini etiraf edib.
Roma hökuməti bu əməliyyatın Liviyanın suverenliyini pozduğunu, Aralıq dənizində eskalasiya riski yaratdığını və İtaliyanın təhlükəsizliyi ilə iqtisadi maraqlarını təhdid etdiyini bəyan edib. Meloni Ukraynaya dəstəyin davam edəcəyini vurğulasa da, milli maraqların hər şeydən öndə gəldiyini diqqətə çatdırıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью