Meloninin Ağ Evdəki davranışları gündəm oldu VİDEO

19.08.2025

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağ Evdə ABŞ lideri Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Aİ liderləri arasında baş  tutan tarixi sammit maraqlı bir anla yadda qalıb.

Belə ki, İtaliyanın Baş naziri Corcia Meloninin davranışları sosial şəbəkələrdə böyük rezonans doğurdu.

Almaniya kansleri Fridrix Mersin atəşkəs çağırışı etdiyi anlarda Meloninin gözləri ilə qəribə hərəkətlər etməsi kameraların diqqətindən yayınmayıb.

Bu görüntülər qısa müddətdə sosial mediada gündəm olub.

Meloni yalnız Mersin çıxışı zamanı deyil, ABŞ Prezidenti Donald Trampın sammitdə etdiyi zarafata da eyni cür reaksiya verib.

"AzPolitika.info"



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью