Meloninin bu hərəkəti Ərdoğanı güldürdü

16.05.2025

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Alabnaiyanın paytaxtı Tiranada baş tutan Avropa Siyasi Birliyi Altıncı Zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İtaliyanın Baş naziri Corcia Meloni arasında maraqlı bir an yaşanıb.

Belə ki, xatirə fotosu çəkilişi zamanı Ərdoğan Melonidən bir pillə yuxarıda dayanıb. Aralarındakı boy fərqinin çox nəzərə çarpmaması üçün Meloni əl işarəsi ilə Ərdoğandan aşağı enməsini xahiş edib.

İkili arasında yaşanan səmimi və gülüş dolu bu anlar, xatirə fotosuna damğa vurub.

Hadisə sosial şəbəkələrdə “diplomatiyada jestlərin dili”, “boy fərqinə incə toxunuş” kimi başlıqlarla paylaşılaraq böyük maraqla qarşılanıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью