Meloninin Vaşinqton səfərinin məqsədi bəlli oldu

17.04.2025

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliyanın baş naziri Giorgia Meloni ABŞ-Avropa əlaqələrini gücləndirmək məqsədilə ABŞ-nin Prezidenti Donald Trampla görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, Meloni özünü Qərb müttəfiqləri arasında körpü rolunda görmək və ABŞ-nın Avropa ilə sıx münasibətlərini qorumaq istəyir. O, avropalı liderləri Vaşinqtonla qarşıdurmadan çəkinməyə çağırıb və Trampın Avropaya qarşı münasibətini müsbət yöndə saxlamağa çalışır.

Meloni həmçinin Rusiyaya yaxınlaşma məsələsində Amerikanı tənqid etməkdən yayınıb və Ukrayna ilə bağlı Britaniya və Fransanın sülhməramlı planlarına qarşı çıxıb. Trampın tələbi ilə İtaliya hərbi xərclərini artırmağı da planlaşdırır.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью