Məlumat öz özlüyündə kapital deyil Millət vəkili

06.08.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Sənaye iqtisadiyyatında kapital deyəndə ilk növbədə zavod, avadanlıq, maşın və maliyyə resursları nəzərdə tutulurdu. Rəqəmsal iqtisadiyyatda isə məlumat xüsusi iqtisadi kapitala çevrilib. Məlumatın adi fiziki kapitaldan mühüm fərqi var. Bir maşını eyni vaxtda iki zavodda istifadə etmək mümkün deyil. Amma eyni məlumat bazasından çoxsaylı istifadəçilər və alqoritmlər eyni anda və dəfələrlə yararlana bilərlər. Üstəlik, məlumat istifadə olunduqca mütləq azalmaq məcburiyyətində olmur. Əksinə, bəzi hallarda daha çox məlumatın toplanması alqoritmləri yaxşılaşdırır, daha çox istifadəçi cəlb edir və şəbəkə effekti yaradır".

Bunu 525.az-a millət vəkili Tahir Mirkişili söyləyib. Millət vəkili bildirib ki, məlumat öz-özlüyündə kapital deyil. İstifadə edilməyən məlumat sadəcə məlumatdır. Onun iqtisadi dəyər yaratması üçün mütəxəssislər, emal texnologiyası, hesablama gücü, alqoritmlər və həmin məlumata çıxışı təmin edən infrastruktur lazımdır:

"Deməli, müasir iqtisadiyyatda sərvət təkcə resursa sahib olmaqdan yaranmır. Əsas məsələ həmin resursu emal etmək, əlaqələndirmək və iqtisadi dövriyyəyə daxil etmək qabiliyyətidir".

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью