Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Şəkinin Fazıl kəndindəki Əbədi Sükut Dünyası Muzeyinə əvvəllər dəfələrlə getmək istəsəm də alınmamışdı. Ötən həftə Şəkidə olarkən bura getməyə qərar verdim.
Uzaq yola vaxt və pul sərf etməmək üçün Şəkidə qala divarlarının girişindəki informasiya mərkəzindən məlumat almaq istədim. Mərkəzin əməkdaşı muzeyin hər gün saat 10.00-dan 18.00-dək işlədiyini bildirdi.
Ertəsi gün Fazıl kəndinə getdikdə fərqli mənzərə ilə qarşılaşdım. Muzeyin qapısında yekə bir kikid asılmışdı. Divardakı nömrəyə zəng etdikdə bir xanım Füzulidə arxeoloji ekspedisiyada olduqları üçün müəssisənin avqustun 25-dək bağlı olacağını bildirdi.
Azad olunmuş ərazilərdə elmi tədqiqat vacibdir. Arxeoloji qazıntılar üçün də yay mövsümünün əvəzsiz olduğu bəllidir və bunu anlayışla qarşılayırıq. Amma informasiya mərkəzinin hansısa muzeyin 1 ay işləməyəcəyindən bixəbər olması başadüşülən deyil. Subordinasiya baxımından bura şəxsi muzey olmadığı üçün əməkdaşların müvafiq qurumlarla razılaşdırmadan 1 ay ərzində işə çıxmaması da real görünmür.
Vüqar