Memar Əcəmi Naxçıvaniyə həsr olunan film çəkilir

06.06.2026

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Memar Əcəmi Naxçıvaninin həyat və yaradıcılığına həsr olunmuş bədii-sənədli film üzərində çalışırıq”.

Bakupost.az xəbər verir ki, bu sözləri Teleqraf-a müsahibəsində Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktorunun müşaviri, Əməkdar incəsənət xadimi Elxan Cəfərov deyib.

O, bildirib ki, film istehsalat mərhələsindədir: “İlin sonuna qədər işimiz tamamlanacaq. Düşünürəm ki, bu ekran əsəri vasitəsilə tamaşaçılara Memar Əcəmi haqqında dolğun və dəyərli məlumat təqdim edə biləcəyik. Çəkilişlərin əsas mərhələsinə iyulun əvvəlində start veriləcək. Çəkilişlər indi də davam edir, amma bunlar daha çox sənədli kadrlardır. Naxçıvanda sənədli materialların çəkilişini aparırıq”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью