Azertag saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda şəhərsalma və memarlıq irsinin qorunması, eləcə də bu sahədə formalaşmış zəngin ənənələrin gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycanın müasir şəhərsalma və memarlıq simasının formalaşması isə bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən etibarən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda şəhərsalma sahəsində sistemli islahatlar aparılıb. Həmin illərdə Bakının baş planı yenidən işlənib, paytaxtın infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Yeni yaşayış massivlərinin salınması, çoxmərtəbəli binaların inşası, geniş prospekt və yolların çəkilməsi şəhərin simasını köklü şəkildə dəyişib.