Memati və Abdülhey illər sonra bir arada FOTO

07.06.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"TRT1"-in yüksək reytinqli seriallarından olan "Mehmed: Fetihler Sultanı" son həmləsi ilə gündəm olub.

"Cebheinfo.az" xəbər verir ki, məşhur aktyor Gürkan Uygun da ekran işində çəkiləcək.

O, layihədə "Mahmud Paşa" obrazına həyat verəcək.

Maraqlıdır ki, sözügedən serialda Kenan Çoban da "Balı Bey" obrazını canlandırır.Beləliklə, sevilən aktyorlar uzun illər sonra yenidən birlikdə çəkiləcəklər.

Qeyd edək ki, Gürkan Uygun, eləcə də Kenan Çoban birlikdə rol aldıqları əfsanəvi serial "Kurtlar Vadisi Pusu"da unudulmaz "Memati" və "Abdülhey" obrazlarına həyat veriblər.

Elmir Mustafa 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью