Məmdani Trampa təzimə gedir?

17.11.2025

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Nyu-Yorkun yeni meri deçokrat Məmdanini dəfələrlə kommunist adlandıran və seçkilərdə vətəndaşları onun rəqibi müstəqil siyasətçi Endryu Kuomonu dəstəkləməyə çağıran ABŞ prezidenti Donald Tramp belə deyib.
“Mən deyərdim ki, Nyu-Yorkun meri bizimlə görüşmək istərdi və biz nə barədəsə razılaşacağıq. O, Vaşinqtona gəlib görüşmək istəyir. Biz nəyisə razılaşdıracağıq”, - Donald Tramp Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo malikanəsindən Vaşinqtona uçmazdan əvvəl jurnalistlərlə söhbəti zamanı bildirib.
İsrailli nazir yəhudiləri Nyu-Yorkdan çıxmağa çağırıb Xatırladaq ki, Nyu-York meri seçkiləri noyabrın 4-də baş tutub. Tramp ondan əvvəl sakinləri müstəqil namizəd Endryu Kuomonu dəstəkləməyə çağırıb və “kommunist” Məmdaninin qalib gəldiyi təqdirdə şəhərə federal maliyyənin kəsilə biləcəyi barədə xəbərdarlıq edib. Məmdani özü siyasi baxışlarını “demokratik sosialist” kimi xarakterizə edir.
Noyabrın 5-də isə, “Fox News” telekanalına müsahibəsində Ağ Evin rəhbəri bildirib ki, təmasların başlanmasına seçilmiş mer təşəbbüs göstərməlidir. Tarmp Nyu-Yorka isti münasibətinə sadiq qaldığını və yeni merin işində uğur qazanmasını görmək istədiyinin deyib. Bununla belə, Donald Tramp Məmdaninin Amerika administrasiyasına hörmət göstərməli olduğunu vurğulayıb.
Yeri gəlmişkən, İsrailin Diaspor İşləri və Antisemitizmlə Mübarizə naziri Amihay Şikli müsəlman Zöhran Məmdaninin qələbəsindən sonra yəhudiləri Nyu-York şəhərini tərk etməyə çağırıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью