Məmməd İsmayıl gələn həftə evə buraxılacaq

10.07.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəstəxanaya yerləşdirilən şair Məmməd İsmayıl gələn həftə evə buraxılacaq.

Ölkə.az xəbər verir ki, bu barədə "Report"a onun qızı İntizar İsmayıl məlumat verib.

Qızı qeyd edib ki, hazırda atasının müalicəsi palata şəraitində davam edir:

"Xəstəxanaya gətiriləndə səhhəti ağır olsa da, indi həkimlərin sayəsində vəziyyəti nisbətən yaxşıdır".

İntizar İsmayıl atasında yaddaşla bağlı problemin də olduğunu deyib.

"Bəzən yaxın keçmişdə olanları unudur. Özü, ailəsi və yaradıcılığı ilə bağlı uzaq keçmişdə olanları isə çox yaxşı xatırlayır".

Qeyd edək ki, M.İsmayıl iyunun 30-da xəstəxanaya yerləşdirilib. O bundan öncə də səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilmiş, daha sonra müalicəsi ev şəraitində davam etdirilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью