Məmməd Orucun Köçürülmə si Təqdimat

28.04.2025

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Yazıçı Məmməd Orucun "Köçürülmə" romanının təqdimatı və imza saatı baş tutacaq.

Kulis.az xəbər verir ki, təqdimat 3 may saat 14:00-da LİBRAFF-ın Park Akademiya filialında keçiriləcək.

Qeyd edək ki, "Köçürülmə” romanında hadisələr İkinci Dünya müharibəsindən sonra Vedibasar əhalisinin vaqonlara doldurularaq, əzab-əziyyətlə Azərbaycanın İranla sərhəd ərazilərinə mühacirəti təsvir olunur. Romanda o qədər acınacaqlı, təsirli səhnələr var ki, oxucunun qəlbində fırtınalar qoparır. Bu köçün balaca iştirakçılarından olan müəllif özü bütün bu hadisələri gözləri ilə görmüş, canlı şahidi olmuşdur.

Türkiyəli aktrisa serialdan qovuldu - Səbəb Serialdan qovulan aktrisanı kim əvəzləyəcək? Axundlara, bəylərə yaltaqlıq edən mühərrirlər... - Gülyaz Əliyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью