Məmmədbəyli sakini: Bizə hər bir şərait yaradılıb

29.01.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Axır ki, doğma yurda qayıtdıq. Sevincimizin həddi-hüdudu yoxdur. Evimizdə hər bir şərait yaradılıb. Çox gözəl yaşayış məntəqəsi inşa edilib”.

Bu sözləri APA-nın yerli müxbirinə bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Tamaşa Fətəliyeva deyib.

O, bu şəraitin yaradılmasına görə, Prezident İlham Əliyevə minnətdarlığını bildiririb. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanlara rəhmət diləyib, qazilərə təşəkkür edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью