Məmmədbəyli sakini: Bu gün doğma yurduma qayıtdığım üçün böyük sevinc hissi keçirirəm

29.01.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 yanvar, AZƏRTAC

Bu gün doğma yurduma qayıtdığım üçün böyük sevinc hissi keçirirəm.Mən illərlə o torpaqlardan ayrı qalmışdım. İndi isə yenidən Vətənimə, doğma yurduma qayıdıram. Bu günlər mənim üçün çox qiymətlidir. Allah şəhidlərimizə rəhmət eləsin.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün İlqar İbrahimov söyləyib.

O, yoldaşı, oğlu, gəlini və nəvələri ilə birlikdə qayıtdığını bildirib.

Məcburi köçkün düşəndə 23 yaşı olduğunu xatırladan keçmiş məcburi köçkün deyib: "Gedib işləyəcəyəm. Biz işləməyə öyrəşmiş adamlarıq. Orada əkin-biçinlə məşğul olmağı düşünürük, həyatı yenidən o torpaqlara qaytarmaq istəyirik.

Biz ora gedirik ki, həyatımızı davam etdirək və yurdumuzu abadlaşdıraq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью