Məmmədiyə Məmmədov sakinlərlə görüş keçirdi Fotolar

19.11.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov səyyar qəbul qrafikinə əsasən bu gün sakinlərlə növbəti səyyar görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

ŞİH-nin başçısı ölkəmizdə sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən, regionların davamlı inkişafına göstərilən dövlət qayğısından və əhalinin rifahının yüksəldilməsi məqsədilə görülən işlərdən bəhs edib.

Qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən məsələlər qeydiyyata alınaraq icrası nəzarətə götürülüb.

Səyyar qəbul zamanı “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın əhəmiyyəti diqqətə çatdırılıb, “Rəqəmsal İcra Hakimiyyəti” portalı və “mygov” platforması vasitəsilə vətəndaşlara təqdim olunan imkanlar barədə sakinlər məlumatlandırılıb.

Sakinlər müraciətlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью