Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Abşeron rayonunun Məmmədli dairəsi ərazisində yerləşən obyektlərdə güclü yanğın başlayıb.
“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, alov qısa müddətdə geniş əraziyə yayılıb.
Hadisə şahidinin sözlərinə görə, yanan tikilidə müxtəlif təyinatlı, o cümlədən yem satışı və avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan obyektlər fəaliyyət göstərir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğın genişlənməsinə imkan verilmədən FHN-in qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.