Məmmədov: “İlk hissədə hakimin bizə qarşı müəyyən qədər təzyiqi oldu” | Icma.az
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
I Liqada ilk 3 pillə sahibinin birbaşa Premyer Liqaya vəsiqə qazanacağı bəlli olduqdan sonra, çempionat daha da gərgin keçir.
Hazırda I Liqada ilk üçlükdə qərarlaşan komandalar “Qəbələ”, “Karvan” və “İmişli”dir.
Elitaya yüksəlməkdə daha bir iddialı klub isə “Zaqatala”dır.
Bölgə təmsilçisi ən yaxın rəqibi “İmişli”dən 6 xal geridə qalaraq, 4-cü pillədə qərarlaşıb.
Zaqatala təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov “FutbolPress”ə açıqlama verərək, komandanın hazırki durumuyla bağlı fikirlərini bölüşdü: “Əgər Premyer Liqaya ilk 3 pillədəki komandalar çıxırsa, əlbəttə, qane etmir.
Həm indiki vəziyyətimizə görə qərarlaşdığımız pillə bizim üçün nə qədər uyğundur, onu da deyə bilmərəm.
Amma əsas məsələ odur ki, elita uğrunda mübarizəmizi davam etdiririk.
Tam oxu
Xəbəri oxu