Məmmədov özü getmək istəyib: “Perspektiv görmədim”

27.07.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Zaqatala” baş məşqçisi Rüstəm Məmmədovla vidalaşıb. Mütəxəssis “Futbolpress.az“a açıqlamasında qərarını şərh etdi:

“Səbəblər çoxdur. Əsas məsələ komandanın maliyyə məsələsi və yaxşı heyət formalaşdıra bilməməyimizdir. Yeni mövsümdə klubda perspektiv görmədiyim üçün belə qərar gəldim və rəhbərliklə danışdım. Danışdıq və bir-birimizi anladıq. Sponsorsuzluq çətinlik yaradır. Futbolda əsas məsələlərdən biri maliyyədir. Olmayanda iddian da qalmır. Bu səbəbləri nəzərə aldım və düşündüm ki, getmək yaxşıdır”.

Mütəxəssis hələ təklifin olmadığını qeyd etdi:

“Qərarım yeni olduğu üçün hələlik təklif yoxdur. “Zaqatala”da məni saxlamaq istəyirdilər, amma perspektiv görmədiyim üçün qalmadım. Onlara uğurlar arzulayıram, ümid edirəm ki, komanda liqada yerini qoruya bilər”.

“Zaqatala” Məmmədovun rəhbərliyi altında I Liqada bir dəfə gümüş, bir dəfə bürünc medal qazanıb.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью