Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Azərbaycan Premyer Liqasının XXXI turunun “Sabah” – “Səbail” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Oyuna ciddi hazırlaşmışdıq. Uşaqlar yaxşı mübarizə apardılar. Sonlara yaxın yorğunluq oldu. Layiqincə mübarizə apardıq. Yaxşı futbol oynadıq. Qələbə qismət olmadı. Növbəti matçlara baxacağıq.
– Sona kimi təslim olmaq istəmirdiz. Qələbəni qorumağa nə çatmadı?
– “Sabah”ın keyfiyyətli futbolçuları var. Son dəqiqələrdəki konsentrasiya pozğunluğu əsas amillərdən idi.
Şahin Cəfərov