Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi

12.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot 2026” turnirinin qrup mərhələsinin ilk turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov erməni qrossmeyster Hayk Martirosyanla qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, iki şahmatçı arasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

İlk partiyada ağ fiqurlarla oynayan Martirosyan məğlub olub. Cavab görüşündə isə qara fiqurlarla mübarizə aparan erməni şahmatçı Şəhriyar Məmmədyarova qalib gəlib.

C qrupunda mübarizə aparan şamhatcılar sırasında Maqnus Karlsen, Yan Nepomnyaşi, Aniș Giri, Şəhriyar Məmmədyarov, Abhimanyu Mişra və Hayk Martirosyan yer alır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью