Məmmədyarov Karlsenlə qarşılaşıb və avtoqraf imzalayıb FOTO İdman və Biz

31.12.2024

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Nyu-Yorkda (ABŞ) blits üzrə dünya çempionatı keçirilir.

İdman.biz yarışdan hazırlanmış fotoreportajı təqdim edir.

Fotoqraflar Şəhriyar Məmmədyarov və Maqnus Karlsen arasındakı oyunu da çəkib. Azərbaycan şahmatçısı 6-cı turda 16-cı dünya çempionuna uduzub.

Qrossmeysterlərimiz arasında ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. O, 8,5 xal toplayaraq 28-ci yeri tutub. Eltac Səfərli ondan yarım xal az toplamaqla 42-ci, Şəhriyar Məmmədyarov isə 7,5 xalla 51-ci olub.

Qadınlar arasında ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atıb. O, 6,5 xal toplayaraq 27-ci yerdə qərarlaşıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью