Məmmədyarovdan növbəti çempionluq

15.08.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan şahmatçıları Türkiyə Super Liqasında təmsil olunduqları klubların heyətində mübarizəni davam etdirirlər.

Futbolpress.az xəbər verir ki, geridə qalan 14 turun nəticələrinə görə, təmsilçimiz Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu “Beyeqan Pendik” növbəti matçında da qalib gəlib. Bu qələbə sayəsində xallarını 28-ə çatdıran komanda yarışın başa çatmasına bir tur qalmış vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

Avqustun 15-dək davam edəcək çempionatda Şəhriyardan başqa Eltac Səfərli, Aydın Süleymanlı, Rauf Məmmədov, Nicat Abasov, Ülviyyə Fətəliyeva, Xaqan Əhməd kimi digər qrossmeysterlərimiz də qüvvələrini sınayırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью