Məmmədyarovdan qələbə ilə start

08.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Özbəkistanda keçirilən "UzChess Cup" ənənəvi beynəlxalq turnirə qələbə ilə start verib.

Apasport.az xəbər verir ki, ən güclülərin yarışdığı "Masters" bölümündə ölkəni təmsil edən Ş. Məmmədyarov birinci turda Hindistan şahmatçısı Vidit Santoş Gujrathiyə qalib gəlib.

Yarışın "Challenge" bölməsində Azərbaycanın iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edir. Onların yarışında birinci turun partiyaları bu gün oynanılacaq.

Altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.

Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu Şahmatçılarımız dünya çempionatında mübarizə aparır - FOTO "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib Sərxan Həşimov ECU vitse-prezidentliyinə namizəd oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью