Məmmədyarovun Londonda ilk qələbəsi: dünya çempionuna qalib gəlib İdman və Biz

02.12.2024

Icma.az, Idman.biz saytına istinadən bildirir.

İngiltərənin paytaxtında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun iştirakı ilə London Chess Classic şahmat turniri davam edir.

İdman.biz xəbər verir ki, o, 3-cü turda ilk qələbəsini qazanıb. Qrossmeysterimiz qadınlar arasında dünya çempionu Cu Vencuna (Çin) qalib gəlib.

2 xal toplayan Məmmədyarov lider Geveyn Consdan (İngiltərə) yarım xal geri qalaraq 3-cü pilləyə yüksəlib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью