“Memorandumun imzalanması böhranı arxada qoydu” SİYASİ ŞƏRHÇİ

18.06.2026

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İki ölkə arasında memorandumun imzalanması böhranı arxada qoydu”.

Gununsesi.info  bildirir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“İki ölkə arasında memorandumu prezidentlər imza atmasi yeni əməkdaşlıq mərhələnin başlanğıcıdır.

ABŞ və İran arasında memorandum qüvvədə qalacaq. Lider səviyyədə memarandumun imzalanması İsrailin Baş naziri B. Netanyahuya tərs sillədi.

Pakistanın rəsmi səviyyədə iki ölkə arasında vasitəçi oldu. Bu müharibədə ABŞ qalib tərəf, İran isə, məğlub deyil. ABŞ İrankn tam məğlubiyyətində maraqlı deyil. Tehrandan region ölkələrinə qarşı xüsusilə, ərəb ölkələrinə təzyiq kimi istifadə edəcək.

İran rejimi özünü qalib hesab edir. Bu qalibiyyət əsasən rejimin hakimiyyətdə qalmasına əsaslanır”.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai ABŞ ilə anlaşma memorandumunun hər iki ölkənin lideri – Məsud Pezeşkian və Donald Tramp tərəfindən imzalandığını təsdiqləyib. 

Günay

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью