Məmur oğlu Xankəndini “Stepanakert” kimi təqdim edib FOTO

28.11.2025

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Siyəzən rayon Komunal Müəssisələri Kombinatının müvəqqəti müdir əvəzi Rasim Tahirlinin oğlu Qüdrət Tahirli özünün Facebook hesabında paylaşım edib. Tribunainfo.az xəbər verir ki, o, hazırda olduğu Xankəndi şəhərini “Stepanakert” kimi qeyd edib.

Qeyd edilir ki, Qüdrət Tahirli Qarabağ Universitetinin tələbəsidir. Hazırda Xankəndi şəhərində məskunlaşıb.

Bildirək ki, Azərbaycanda “Sterpanakert” adlı şəhər yoxdur. Xankəndi isə erməni işğalı altında olan zaman şəhər bu adla çağırılıb. Bir məmur oğlunun bundan xəbərsiz olması isə olduqca eyib məsələdir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью