Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir. Şəhidlərin ruhu qarşısında başıaçıq dayanmaq yox, kameraların qarşısında “statusu
20 Yanvar kimi müqəddəs bir gündə Şəhidlər xiyabanında yaşanan “çətir hadisəsi” bunu bir daha üzə çıxardı.
Problem bir çətirin açılıb-açılmamasında deyil. Problem məmur psixologiyasında kök salmış şöhrətpərəstlik və toxunulmazlıq sindromundadır.
Bu ölkədə məmur hələ də özünü cəmiyyətin xidmətçisi yox, vitrində saxlanılan fiqur kimi görür. Onun üzərinə günəş də düşməməlidir, yağış da.
Çünki islanan imic, zədələnən status sayılır. Çətir burada sadəcə əşyadır əslində isə o, rütbə ilə insan arasındakı görünməz məsafənin simvo
Məsələnin daha acı tərəfi isə bu davranışın illərlə normal sayılmasıdır.
İctimai tədbirlərdə məmurun arxasında addımlayan köməkçilər, çanta daşıyan əməkdaşlar, qapı açan müşavirlər artıq heç kəsi təəccübləndirmir.
Cəmiyyət buna öyrəşib. Ta ki, həmin görüntü sosial şəbəkədə “trend” olana qədər. Bu dəfə də belə oldu.