Məmur, yoxsa biznesmen? ARB KANALININ BİNASININ SAHİBİ BARƏDƏ ELƏ İDDİALAR YAYILDI Kİ... |…
Icma.az, Mia.az portalına istinadən məlumat yayır. Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsinin müavini Səbu
Mia.az AzFakt.com-a istinadla xəbər verir ki, 5 mərtəbəli biznes obyekti Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləş
Sənəd 01100003-1-2605-001980/0619 kod nömrəsi ilə qeydiyyatdan keçib.
Sənəddə göstərilir ki, Səbuhi Mehdizadənin adına olan qeyri-yaşayış binası 0.0472 ha ərazidə yerləşir və ümumi sahəsi 1480.8 kvadratmetrdir.Xatırladaq ki, Səbuhi Knyaz oğlu Mehdizadə Prezident İlham Əliyevin 15 iyul tarixli sərəncamı ilə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin müavini vəzifəsinə təyin olunub.Mediada yer alan məlumatlara görə, Səbuhi Mehdizadə bundan əvvəl sözü gedən Nümayəndəlikdə baş məsləhətçisi vəzifəsində çalışıb.
Səbuhi Mehdizadə Xüsusi nümayəndəlikdən öncə bir sıra önəmli dövlət vəzifələrində çalışıb.
O, Nümayəndəlikdə çalışmazdan əvvəl Kənd Təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi, “Azərbaycan Respublikasının Ağır Atletika Federasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb.
Hazırda o, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.Bundan başqa Səbuhi Məmmədov “Hovers Group” MMC şirkətinin təsisçisilərindən biridir.
2011-ci ildə yaradılan bu çirkət isə on milyonlarla manat dəyəri olan tenderlərin qalibi olub.“Hovers Group” MMC son olaraq yerli mətbuatda bir neçə gün əvvəl Naxçıvandan 12 milyonluq tender udması ilə gündəmə gəlib.
Tam oxu
Xəbəri oxu