Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Eynulla Fətullayev,
Haqqın az saytının rəhbəri
***
Ölkəmizin büdcə gəlirləri neft hasilatı və ixracatı ilə birgə getdikcə azalmaqdadır. Hökumət bizi, vətəndaşları qənaətə səsləyib, biz də bu çağırışa əməl edib ciddi qənaət rejiminə keçmişik. Məsələn, mən - 4-cü hakimiyyətin təmsilçisi artıq 2021-ci ildən ciddi qənaət rejimində yaşayıram, 2008-ci il istehsalı olan 8 min dollar məbləğində azlitrajlı Opel avtomobilinə keçmişəm...
Sual yaranır: bəs şanlı məmur ordumuz niyə qənaət rejiminə keçmir? Bugünədək qiyməti 100-200 min dollarlıq avtomobillərdə gəzirlər. Bütün nazirlik və komitələrin qarşısı sankı prestijli avtoparkdır. Bu maşınları satsaq, bir rayonun illik büdcəsi edəcək... Və yaxud xalqa xidmət etməli olan məmurlar indiyədək biznes-klasslardan və zəngin həyat tərzindən imtina etmək istəmirlər. Məmurların gəlirlərini və gəlirləri haqda deklarsiyaları qoyaq bir kənara, sual vermək istəyirəm: niyə görə indiyədək dövlət büdcəsindən icra başçılarına, kommunal-təsərrüfat təşkilarların rəhbərlərinə BMW və Mercedes markalı bahalı maşınlar alınır? Bu qənaətə kim nəzarət etməli və kim məmurlardan daha təvazökar, kasıbçılığa uyğun həyat tərzini tələb etməlidir? Xatırladım ki, məmurun aylıq gəliri 2-3 min manatdan çox ola bilməz, ailəsinin xərclərini də nəzərə alsaq, deməli kasıb həyat tərzi sürürlər və ya sürməlidirlər.
Ən əsası: ölkəmizdə Naz Lifan kimi avtomobil zavodu qurulub və 2010-cu ildən fəaliyyət göstərir. Niyə məmurlarımız Naz Lifan avtomobillərini bəyənmir? Onda niyə bu zavodu tikmişik? Kim üçün inşa edib, avtomobilləri istehsal edirik?
Yeri gəlmişkən, bu günlərdə “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi 3 ədəd “BMW 520i” markalı xidməti nəqliyyat vasitəsi alıb. Avtomobillərin alınmasına 364 140 AZN xərclənib.
Görəsən büdcə gəlirlərinin azaldığı dövrdə bu haqda düşünən varmı?
MİA.AZ