“Məmurlar Ramiz Mehdiyevin bu vəziyyətindən ibrət dərsi götürməlidirlər”

28.10.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Ramiz Mehdiyevin bugünkü məsələsi dövlət əmlakını oğurlayan və vəzifəsindən sui-istifadə edən, yəni korrupsiyaya qurşanan bütün məmurlar üçün ibrət dərsi olmalıdır. Bundan nəticə çıxarılmalıdır ki, siz vəzifəyə şəxsinizi, qohum-əqrəbanızı varlandırmaq üçün təyin olunmursunuz. Siz vəzifəyə ona görə təyin edilirsiniz ki, bu xalqa, bu dövlətə xidmət edəsiniz. Bu, hər kəs üçün ciddi örnək olmalıdır”.

Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib.

O bildirib ki, Ramiz Mehdiyev uzun illər dövlət idarəçiliyində təmsil olunsa da, tutduğu vəzifədən sui-istifadə edib:

“Ramiz Mehdiyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədri olub, yəni bu sahədə də fəaliyyət göstərirdi. Amma indi elə şeylər ortaya çıxır ki, baxırsan, dəhşətə gəlirsən”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью