Məmurlar şəxsi maraqları barədə hər il bəyannamə verəcək

29.10.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vəzifəli şəxslərin şəxsi maraqları barədə bəyannamə təqdim etməsi təklif olunur.

Modern.az xəbər verir ki, bu müddəa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, vəzifəli şəxs vəzifəyə təyin edilməzdən və ya seçilməzdən, yaxud xidməti vəzifələrinin icrasına başlamazdan əvvəl şəxsi maraqları barədə məlumat verməlidir. Daha sonra bu bəyannamənin hər il aprelin 15-dək səlahiyyətli subyektlərə təqdim edilməsi nəzərdə tutulur.

Bəyannamələrin forması və təqdim olunma qaydasını müvafiq dövlət orqanı müəyyən edəcək. Səlahiyyətli qurumlar təqdim olunan məlumatları yoxlayacaq, maraqlar toqquşması aşkarlanarsa, qanun layihəsində nəzərdə tutulan tədbirləri görəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью