Məmurlarla bağlı qadağalar gəlir: “Heç bir nəticə verməyəcək”

24.11.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vəzifəli şəxs vergidən azad və ya güzəştli vergi rejimli, habelə "Kraudfandinq haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində göstərilən ərazilərdə və ya dövlətlərdə yerləşən, yaxud qeydiyyata alınmış emitentin qiymətli kağızlarından gəlir götürə bilməz.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Maraqlar toqquşması haqqında" Qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, hüquqi şəxslərin idarəetmə orqanlarında (o cümlədən icra orqanı, direktorlar (müşahidə) şurası) və ya təftiş komissiyasında (audit komitəsində) dövləti və ya bələdiyyəni təmsil edən vəzifəli şəxsə bir sıra qadağan tətbiq edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gəlirlərə nəzarət hansı mexanizmlə həyata keçiriləcək? Onların gəlir bəyannamələri ictimaiyyətə açıq olacaqmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, həmin qanunla vəzifəli şəxslərə məhdudiyyətlərin qoyulduğu bildirilir:

“Burada məhdudiyyətlərin olması yaxşıdır. Ancaq digər qanun, “Məmurların gəlir bəyannaməsi” işləmirsə, onda bunun effekti yoxdur. Onu özü etməsə belə, qohumları vasitəsilə edəcək. Adətən məmurlar belə də edirlər. Yəni birbaşa öz adlarına etmirlər.

Bütün bu əməliyyatları, məsələn, işçiləri, aşpaz, bağban, qulluqçu, dayə və s. adına edirlər. Ancaq onların qazandığını bu götürür və xərcləyir. Bütün bunların da qarşısını almaq üçün bütün dünyada “Məmurların gəlir bəyannaməsi” var.

Əslində bizdə də 2005-ci ildə qanun qəbul edilib. Ancaq o qanun işləmir. Nazirlər Kabineti 21 ildir ki, həmin bəyannaməni təsdiq etmir. Bu qanunlar bərabər işləməlidir.

Əgər məmur bu fəaliyyətlərlə məşğul ola bilməzsə, eyni zamanda da gəlirini bəyan etməlidir. Sabah nəsə xərclədikdə ona sual verilir ki, “Bu, hardandır? Sən axı “Gəlir bəyannaməsi”ndə onu bəyan etməmisən? Bu fəaliyyət növü ilə də məşğul ola bilməzsən”. Bizdə o qanun işləmədən, bunun olması heç bir nəticə verməyəcək”.  

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: gəlir Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью