Məmurun maşınla vurduğu qadın öldü

07.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda icra məmurunun avtomobili ilə vurduğu qadın ölüb.

Axar.az APA-ya istinadən xəbər verir ki, icra məmuru Tural İsayev "'Mercedes Benz C220" markalı avtomobillə Binəqədi-Novxanı-Corat avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Nərgiz İsgəndərovanı ehtiyatsızlıqdan vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt șəhər prokurorluğunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью