Icma.az, Publika.az saytına istinadən bildirir. "Bir sənət adamı var idi.
15 il efirlərə çıxıb ağzına gələni, biləni-bilməyəni, söyüşə qədər söydü. Ona dillənmədim, Allahın məhkəməsinə buraxdım.
Allah da onu çürüdüb öldürdü". Publika.az olay-a istinadən xəbər verir ki, bunu Mətanət Əsədova "Bir gün" verilişində deyib.
Müğənni ad çəkməsə də, bir zamanlar düşmən olduğu mərhum Əməkdar artist Zöhrə Abdullayeva ilə qalmaqalından danışıb: "Bir müğənni var idi.
Canıma düşmən kəsilmişdi. Onu illərlə dindirmədim. Əməkdar artist Nüşabə Ələsgərli dedi ki, o müğənninin vəziyyəti yaxşı deyil, onu dindir.
Xahişinə əməl etdim və dindirdim. Mən böyük-kiçik yeri bilən insanam. Özüm 98 benzinəm, heç kimdən qorxmuram".
Xatırladaq ki, Zöhrə Abdullayeva və Mətanət Əsədova arasındakı qalmaqal 2012-ci ildə yaşanıb.
M.Əsədova həmkarının ünvanına demişdi: "Bir adam ki 63 yaşında Əməkdar artist adını alıb, o, mənim tayım deyil. Onun başı çatmır.