“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19.10.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tramp Ukraynadakı münaqişənin necə bitəcəyini açıqladı..?

ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, Ukrayna münaqişə nəticəsində bir sıra ərazilərini itirəcək.

Amerika lideri qeyd edib ki, Ukraynadakı münaqişənin nizamlanması Rusiya ilə “əla ticarət potensialı” sayəsində mümkündür.

ABŞ lideri qeyd edib ki, istənilən saziş Ukraynanın ərazi güzəştlərini tələb edəcək.

“...Vladimir Putin mütləq nə isə alacaq; onlar vuruşdular.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Tramp qeyd edib.

ABŞ prezidenti Kiyevə hərbi yardımın məhdudlaşdırılması ilə bağlı mövqeyinin əsası kimi milli maraqları göstərib.

...Biz bütün silahlarımızı Ukraynaya ötürə bilmərik. Sadəcə olaraq, bunu edə bilmərik. Mən ABŞ-ı təhlükəyə ata bilmərəm.

Bunu Tramp bildirib.

Moskva dəfələrlə vurğulayır ki, xüsusi əməliyyat bütün məqsədlərinə, o cümlədən Ukraynanın demilitarizasiyası və denazifikasiyasına nail olanda başa çatacaq.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью