Icma.az, Qafqazinfo saytına istinadən bildirir. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndin
“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı əvvəlcə kənd sakini Məmməd Quliyevin evində yaradılan şəraitlə tanış olub: Kişi sakin: Cənab
Prezident İlham Əliyev: Salam, xoş gördük. Qadın sakin: Xoş gəlmisiniz. Prezident İlham Əliyev: Necəsiniz?
Kişi sakin: Çox sağ olun, Xocalı rayonunun Ballıca kəndinə xoş gəlmisiniz. Prezident İlham Əliyev: Sağ olun.
Kişi sakin: Allah Sizi qorusun, bu günü bizə yaşatdınız. Prezident İlham Əliyev: Sağ olun. Kişi sakin: 30 illik həsrətimizə son qoydunuz.
Prezident İlham Əliyev: Çox sağ olun. Kişi sakin: Sağ ol, qadan alım. Prezident İlham Əliyev: Siz bu kənddənsiniz? Kişi sakin: Bəli.
Buyurun keçin. Xoş gəlmisiniz, cənab Prezident, Sənə qurban olum. Prezident İlham Əliyev: Xoş gördük. Necə yaşayırsınız burada?
Kişi sakin: Yaxşı, keç stolun başına, keç oraya. Sənə qurban olum, sən gələn yollara qurban olum.