Mən baş nazir olmayanda qərar dəyişə bilər Paşinyan açıqladı

26.03.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin onun “Qarabağ hərəkatı”na son qoymaq qərarına müqavimət göstərəcəkləri təqdirdə respublikanın baş naziri olmayacağını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Ermənistan Respublikasının baş naziri kimi mən qərar qəbul etmişəm ki, “Qarabağ hərəkatı” davam etməməlidir. Əgər Ermənistan xalqı mənim qərarıma qarşıdırsa, o zaman mən Ermənistan Respublikasının baş naziri olmayacağam. Nə qədər ki, mən baş nazir olaraq qalıram, bu, Ermənistanın rəsmi mövqeyidir”, – o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью