Mən bazar adamı deyiləm Elxan Şirinov

03.06.2025

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mənə görə tənhalığın bitdiyi yerdə bazar başlayır". 

AZXEBER.COM xəbər verir ki, bunu müğənni Elxan Şirinov deyib.

Uzun zamandır efirlərdən uzaq qalan müğənni "Gün ortası" verilişində qonaq olan zaman sənət aləmində dostunun olmadığını bildirib:

"Mən saxtakar insan deyiləm. Mümkün deyil ki, laiq olmayan bir şeyi tərifləyim. Ona görə də dostum yoxdur. Hər şeyə fəlsəfi yanaşmağı sevirəm. Mənə görə tənhalığın bitdiyi yerdə bazar başlayır. Mən isə bazar adamı deyiləm, ola da bilmərəm. Ona görə də təkəm. Deyirlər özündən razıdır, amma yox. Mən sevinməyi, ağlamağı, coşmağı da bilirəm. Nəinki bu aləmdə, indi ümumiyyətlə dost yoxdur".

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью