Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır. Xəbər verdiyimiz kimi, Xalq artisti Tünzalə Ağayeva məşhur “Mən bu eşqə düşəni” ma
Doğru.az bildirir ki, pop ulduz sözügedən mahnı üçün klip də çəkdirib. Ekran işi və mahnı qısa zaman kəsiyində böyük rəğbət qazanıb.
Tam fərqli janrda səslənən mahnıya estrada ulduzu daha bir fərqlilik gətirib.
Xalq artisti bununla bağlı fikirlərini bölüşüb: “İllərdir bu mahnı bizim yaddaşımızdadır. Şəxsən mənim də çox sevdiyim mahnılardan biridir.
Məktəb illərimdən eşidib sevmişdim bu mahnını. Bildiyiniz kimi, bu mahnı Türkiyədən bizə gəlib. Onu bəstəkar Suat Sayın yazıb.
Bizə bu nəğməni sevdirən dahi sənətkar, xanəndə Hacıbaba Hüseynov olub.
Düzdür, bu nəğməni bir çox sənətçilər ifa ediblər, amma mənim versiyam tam fərqli oldu.
Məndə arabesk, ritmik rəqs ab-havasına deyil, daha çox dramatik, lirik notlara toxunulub. Hesab edirəm ki, yanaşmam bu mahnıya çox yaraşıb.