Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən "Trump Accounts" sammitində məşhur reper Nikki Minajla birlikdə səhnəyə çıxıb.
Axşam.az xəbər verir ki, Tramp çıxışı zamanı Minajın dırnaqlarını çox bəyəndiyini vurğulayaraq "Mən də dırnaqlarımı onun kimi uzadacağam, bu dırnaqları sevirəm" deyə, bildirib.
Səhnəyə dəvət olunan Minaj isə Trampın "bir nömrəli fanatı" olduğunu deyib və bu mövqeyinin dəyişməyəcəyini açıqlayıb. O, Trampa qarşı tənqidlərin onu daha da motivasiya etdiyini əlavə edib.
Qeyd edək ki, Nikki Minaj ABŞ-də yeni doğulan uşaqlar üçün yaradılan "Trump Accounts" layihəsinə 150-300 min dollar ianə etməyi planlaşdırır. Layihə çərçivəsində 2025–2028-ci illərdə doğulan uşaqlar üçün dövlət tərəfindən 1000 dollar məbləğində investisiya hesabı açılacaq.