“Mən də Haaland, Keyn və Levandovski səviyyəsindəyəm”

12.07.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sportinq"in hücumçusu Viktor Gyökereş özünü Avropanın aparıcı forvardları ilə müqayisə edib. 

QOL.az xəbər verir ki, bu barədə “L'Équipe” nəşri məlumat yayıb. İsveç millisinin oyunçusu deyib: 

“Mənim üçün özümü qiymətləndirmək çətindir. Amma mən də artıq Harri Keyn, Robert Levandovski və Erlinq Haalandla eyni masadayam. Onlar illərlə ən yüksək səviyyədə çıxış edən futbolçulardır və mənim sübut etməli olduğum çox şey var. Öz tərəfimdən ardıcıl mövsümlərdə də eyni nəticələri göstərə biləcəyimi sübut etməliyəm. “Sportinq”də nəyə qadir olduğumu göstərdim və bunu istənilən yerdə edə biləcəyimə əminəm. Ən yaxşı Gyökereşi hələ görməmisiniz”.

Qeyd edək ki, Gyökeres 2024/25 mövsümündə “Sportinq”in heyətində 52 oyuna 54 qol vurub və 13 qolun ötürməsini verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью