Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Türtkiyəli müğənni Ajda Pekkan ötən axşam məkanlardan birində səhnə alıb.
Axşam.az xəbər verir ki, ifaçının tamaşaçılarla dialoqu diqqət çəkib.
"Dünyanın harasından gəlirsə, gəlsin, and içirəm ki, yorğanı üstümə çəkib seriallara baxardım. Siz hamınız dəlisiniz" deyə, Ajda yağışlı havada onu dinləməyə gələnlərə söyləyib.
İfaçı daha sonra tamaşaçılarla zarafatlaşaraq "Mən evdə qaldım, siz evləndiniz" deyə, bildirib. Bu zaman dinləyicilərdən biri "Ajda Pekkan, mənimlə evlən" deyə, qışqırıb.