“Mən hara gəldiyimi bilirdim” Vaqif Cavadov

16.12.2024

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sumqayıt” Misli premyer-liqasının 17-ci turunda “Qarabağ” “Sumqayıt”ı darmadağın etdi - 5:0.

“Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Vaqif Cavadov oyunsonrası mətbuat konfransında bunları dedi.
- Bu gün çox yaxşı komandaya qarşı oynadıq. Son on ildə ən formada, irəlidə gedən kluba qarşı mübarizə apardıq. Futbolçuları təbrik edirəm. Bizim üçün təcrübədi. Belə komandaya qarşı oynamaq o deməkdi ki, futbolçular yuxarı pillələrdə oynamaq üçün işləməlidi. Bu bir siqnaldı. Məğlub olmağımıza baxmayaraq, futbolçulardan razıyam. Səhvlərdən nəticə çıxaracaq, gələcək oyuna hazırlaşacağıq. Hazırlaşmaq üçün üç günümüz var.
- Rəşad Əzizlini meydana buraxmamağınızın səbəbi nədi?
- Rəşad Əzizli ilə heç bir problem yoxdu. Mən gələndə komandaya yeni qoşulmuşdu. Onun potensialına bələdəm. Şans yarananda Rəşad Əzizliyə və daha da gənc qapıçılara şans verəcəyik.
- Mövsümün sonuna qədər komandada qalacaqsızmı? Qalacaqsızsa, heyətlə bağlı dəyişikliklər olacaqmı?
- “Sumqayıt”da 13 əcnəbi futbolçu var. Əlavələr ola bilər. Mən hara gəldiyimi bilirdim. Futbolçuların oyunlarına bələdəm. Bir oyun məğlub olmaqda faciəli nəsə yoxdu. Öz işimizə davam edirik.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью