“Mən həmişə bütün oyunlarımı izləyirəm

16.11.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Mən həmişə bütün oyunlarımı izləyirəm"

“Atletiko”nun argentinalı hücumçusu Culiano Simeone öz futbol bacarıqlarını necə inkişaf etdirdiyindən danışıb.

QOL.az xəbər verir ki, gənc futbolçu bütün oyunlarını izlədiyini bildirib:

“Mən həmişə bütün oyunlarımı izləyirəm. Özümü çox analiz edirəm. Bu mənə xoş təsir edir və düşünürəm ki, öyrənmək və irəliləmək üçün ən yaxşı yol budur. Əvvəllər evə çatan kimi oyunu açır və bütün gecə oyaq qalırdım. İndi qarşılaşmalara ertəsi gün baxıram”.

Bu mövsüm futbolçu Madrid klubunun heyətində bütün turnirlər daxil olmaqla 16 matçda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Argentina millisində isə 7 oyun keçirib və 1 dəfə fərqlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью