“Mən hər gün işdəyəm, səhhətimdə heç bir problem yoxdur” Fuad Ələsgərov

15.03.2025

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Son günlər bir sıra media resurslarında və sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun səhhətində ciddi problemlərin yarandığı və işə çıxmadığı bildirilib.


Manset.az yayılan bu xəbərlə bağlı prezidentin köməkçisi Fuad Ələsgərovla əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında yayılan xəbərləri təkzib edib:
“ Yalan söhbətdir, necə yəni məni işə çıxmıram? Mən hər gün işə çıxıram. Səhhətimdə heç bir problem yoxdur. Yazılanlar boş-boş söhbətlərdir” - deyə açıqlamasında Fuad Ələsgərov bildirib.

Manşet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью