Mən həyat yoldaşımı bağışlayıram Ərini öldürmək istəyən qadının məhkəməsi | Icma.az
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Nizami rayonunda ərini qətlə yetirməkdə təqsirli bilinən Aynur Nağıyevanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə zərərçəkmiş qismində tanınan Sakit Nağıyev arvadından şikayətçi olmadığını deyib.
Təqsirləndirilən şəxsin vəkili Nicat İmanzadə vəsatətlə çıxış edib.
Vəkil qeyd edib ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışıb, himayələrində iki azyaşlı övladı var.
O, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirin dəyişdirilməsi barədə vəsatət verib.
Vəkil həmçinin cinayət işinin ibtidai istintaqa qaytarılmasını barədə vəsatət verib.
Tam oxu
Xəbəri oxu