Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Rəqqasə Rəna Ağamuradova (Renka) gündəlik həyatı ilə səhnə obrazı arasındakı fərqdən yazıb.
Axşam.az xəbər verir ki, sənətçi çox vaxt makiyajsız və sadə geyim tərzinə üstünlük verdiyini bildirib.
“Adi həyatda məni görsəniz, tanımazsınız: Makiyaj sıfır, saç adi, geyim idman. Amma işə gedən və paltarımı geyinən kimi içimdə bir Kleopatra oyanır. Mən ikili həyat yaşayıram. Adi həyatda kişi kimi bir qadınam, səhnədə isə zərif qadın” deyə, Renka qeyd edib.