Icma.az, Olay.az portalına istinadən məlumat verir.
44 yaşlı müğənni Britni Spirs oğlunun Allaha inanmadığını deməsindən sonra özünü “pis ana” kimi hiss etdiyini açıqlayıb.
OLAY yazır ki, müğənni həmçinin valideynlərini oğulları Şon Preston və Ceyden Ceyms ilə gizli şəkildə vaxt keçirməkdə ittiham edib və buna görə iki ay ağladığını etiraf edib.
Müğənni “X” sosial şəbəkəsindəki paylaşımında 2021-ci ilin noyabrına qədər 13 il müddətində altında olduğu qəyyumluq məsələsinə də toxunub və heç vaxt özüm ola bilmədim deyə bildirib.
“Mən mələk olduğuma qəti şəkildə inanıram və bu, mənə ağrı verir. Mələk olduğun zaman zaman başqa bir ölçüdə mövcud olur... O həyəcan, o həyat hissi üçün darıxıram. Biz insanlar hamımız bir qəhrəmanımızın və ya örnək götürə biləcəyimiz birinin olmasını istəyirik” deyə müğənni fəlsəfi fikirlərini bölüşüb.