Mən Messi və Ronaldudan daha yaxşıyam Alişa Lehman

30.07.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

İsveçrəli qadın futbolçu Alişa Lehman böyük qalmaqala səbəb olan açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, Lehman öz bacarıqlarını müqayisə edərkən belə deyib:

“Messi və Ronaldu artıq yaşlandılar. Mən onlardan daha yaxşıyam.”

Bu barədə məlumatı "Fotomaç" yayıb.

Futbol dünyasında iki əfsanə – Lionel Messi və Ronaldu ilə özünü müqayisə etməsi, sosial mediada və idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Lehmanın bu fikirləri xüsusilə onun marketinq dəyəri və sosial mediada böyük izləyici kütləsinə sahib olması fonunda, səs-küy doğurub.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью