Mən mühacirətdə yaşayan siyasətçi olmayacam Zurabişvili

19.12.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mən Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya kimi mühacirətdə yaşayan siyasətçi olmayacam".

"Unikal" xəbər verir ki, bunu Prezidentlik müddəti dekabrın 29-da başa çatacaq Gürcüstan prezidenti Salome Zurabişvili  “TVP World” telekanalına açıqlamasında bildirib.

"Mən Tixanovskaya və ya Venesuela prezidenti (Venesuela prezidentliyinə namizəd Edmundo Qonzales - red.) olmaq təkliflərini görürəm, onlar mühacirətdə olduqları zaman tanındılar... Mən bunu istəmirəm" - deyə o, vurğulayıb.

Zurabişvilinin sözlərinə görə, onun Gürcüstanı tərk etmək niyyəti yoxdur. 

Gülayə Mecid


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью